Modern.az

Rusiya Ermənistan üçün qazı 30% ucuzlaşdıracaq

Rusiya Ermənistan üçün qazı 30% ucuzlaşdıracaq

27 Oktyabr 2016, 11:13

“Qazprom Ermənostana satdığı qazı 30% ucuzlaşdıracaq”.

 

Modern.az xəbər verir ki, bu barədə eskpert Aleksey Qrivaç açıqlama verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qaz nəhənginin prezidenti Aleksey Millerin  Yerevan səfəri də məhz bununla bağlı idi.

 

Hesab olunur ki, uzun illər Qazrpom-da çalışmış baş nazir Karen Karapetyan Rusiyadan qaz güzəşti əldə edə biləcək.

 

Xatırladaq ki, 2015-ci ildə Ermənistan üçün min kubmetr mavi yanacağın qiyməti 186 dollar səviyyəsində müəyyən olunmuşdu. Sonradan qiymət 165 dollara, yaz aylarından etibarən isə 150 dollara qədər endirilmişdi.

 

Vüqar İSMAYILOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir