Modern.az

Azərbaycanın QHT rəhbərləri Kıbrıs televiziyasında Qarabağdan danışdılar - VİDEO

Azərbaycanın QHT rəhbərləri Kıbrıs televiziyasında Qarabağdan danışdılar - VİDEO

Aktual

27 Oktyabr 2016, 11:15

Quzey Kıbrıs Türk Cümhuriyyətində keçirilən I Türk Dünyası Gənclik Forumuna qatılan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və Demokratik Azərbaycan Naminə İctimai Birliyin sədri Elməddin Behbud qardaş ölkədə “Dialog” Televiziyasının qonağı olublar.

Televiziyanın “Gündem dışı” proqramında aparıcı Aybeniz Küzeçi Yıldırımın suallarını cavablandıran QHT rəhbərləri keçirilən forumun Türk dünyası üçün əhəmiyyyəti, türksoylu ölkələr və topluluqlar arasında inteqrasiya proseslərinin hazırkı durumu, Azərbaycan-Quzey Kıbrıs əlaqələri haqqında ətraflı danışıblar.

Torpaqları Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın haqlı davasında qardaş ölkələrin dəstəyinin önəmini vurğulayan QHT rəhbərləri, işğal davam etdikcə bölgədə davamlı sülhə hər an təhlükənin qaldığını qeyd ediblər.



Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu