Modern.az

Maliyyə bazarına yeni istiqrazlar buraxılıb

Maliyyə bazarına yeni istiqrazlar buraxılıb

Aktual

27 Oktyabr 2016, 12:16

2016-cı il 20 oktyabr tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin hər birinin nominal dəyəri 1000 (min) ABŞ dolları olan 300 (üç yüz) ədəd adi faizli, təmin edilməmiş istiqrazların buraxılışı AZ2002019589 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

 

İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirlik dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

 

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azsaytı və [email protected]elektron poçt ünvanına müraciət edə bilərlər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir