Modern.az

“Avropada yaşıllığı Allah salır, Allah da suvarır...”

“Avropada yaşıllığı Allah salır, Allah da suvarır...”

Aktual

27 Oktyabr 2016, 12:43

“Hamımız Avropada oluruq. Orada hara baxırsan yaşıllıqdır. Avropada yaşıllığı Allah salır, Allah da suvarır”.

Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət və Hüquq Siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.

Deputat Meşə Məcəlləsində dəyişiklərin müzakirəsində söyləyib ki, Azərbaycanda ağac əkilsə də, su problemi hələ də qalır:

“Avropanın suyu da, yağışı da var. Orada xüsusi hansısa su anbarları yoxdur ki... Azərbaycanda ağacı əkirsən, amma su yoxdur suvarmağa.

Misal üçün, Şamaxı yolunda o qədər ağaclar var, amma su yoxdur. Bizim çətinliklərimiz də var. Amma ağacları qorumaq hər birimizin borcudur”.

 

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır