Modern.az

Şagird partaları uşaqlara zərərlidir? - Rəsmi AÇIQLAMA

Şagird partaları uşaqlara zərərlidir? - Rəsmi AÇIQLAMA

28 Oktyabr 2016, 14:15

Bir neçə gün əvvəl Modern.az-a daxil olan şikayət üzrə araşdırmalarımıza daha bir rəsmi cavab gəlib.

 

Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Modern.az-ın sorğusuna birgə cavabında bildirilib ki, təhsil müəssisələrinə göndərilən inventarlar tam standartlara uyğundur.

Məlumatda partaların alışı zamanı xüsusilə uşaqların sağlamlığına zərərli olmamasının əsas götürüldüyü qeyd olunub:

 

“Parta alışı zamanı əsas texniki xüsusiyyətlər kimi uzunluğu 120 sm, eni 45 sm, hündürlüyü 75 sm , masa hissəsi parıltısız MDF/PVC materialdan, stullar rəngsiz, sağlamlığa zərərsiz dikt materialdan olması əsas götürülür.

 

Hətta şagirdlərin görmə qabiliyyətinə ziyan olmaması üçün partanın masa hissəsi 8 dərəcə meyilli, oturacaq hissəsi isə xüsusi qəliblə oval formada hazırlanır”.

 

Qeyd edək ki, Bakı və Gəncədə yerləşən təhsil müəssisələrində təhsil alan ibtidai sinif şagirdlərindən döşəkcə tələb edilir. Sinif rəhbərləri partaların keyfiyyətsiz materialdan hazırlanmasını əsas gətirərək, uşaqların sağlamlığına zərər vurduğunu, onlarda xərçəng xəstəliyi yaratdığını deyir. Onların iddiasına görə, təhlükəli material həm də uşaqları gələcəkdə valideyn olamq hüququnan məhrum edə bilər.

 

 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir