Modern.az

BMT rəsmiləri Liviyadakı vəziyyətlə bağlı müraciət yayıblar

BMT rəsmiləri Liviyadakı vəziyyətlə bağlı müraciət yayıblar

Dünya

25 Fevral 2011, 11:16


BMT Baş katibinin genosidin qarşısının alınması üzrə xüsusi məsləhətçisi Fransis Denq (Francis Deng) və mühafizə məsuliyyəti üzrə xüsusi məsləhətçi Eduard Lak (Edward Luck) Liviyadakı vəziyyət haqqında müraciət yayıblar.
Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

- Baş katibin genosidin qarşısının alınması və mühafizə məsuliyyəti üzrə xüsusi məsləhətçiləri olaraq Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində kütləvi zorakılıq haqqında hesabatlardan ciddi narahatlıq keçiririk. Hərbi qüvvələr, muzdlu əsgərlər və aviasiya tərəfindən mülki vətəndaşlara qarşı geniş və sistemli hücumlar beynəlxalq insan hüquqları və humanitar hüququn açıq-aydın pozulmasıdır. Bu hücumların məruzə edilən növləri və miqyası təsdiq olunarsa, onlar asanlıqla insanlığa qarşı cinayət kimi dəyərləndirilə bilər ki, buna görə milli hökumət orqanları məsuliyyət daşımalıdır.
Biz Liviya, eləcə də geniş miqyaslı xalq etirazı ilə üzləşən digər ölkələrin milli hökumətlərinə xatırladırıq ki, 2005-ci il Dünya Sammitində dövlət və hökumət başçıları genosid, müharibə cinayətləri, etnik təmizləmə və insanlığa qarşı cinayətlər, həmçinin onların təhrikinin qarşısını alaraq əhalini mühafizə etmək barədə vəd vermişlər.
Biz Baş Katibin bütün tərəfləri mümkün qədər təmkinli olmağa və siyasi ziddiyyətlərini həll etməyin dinc yollarını axtarmağa çağıran müraciətinə qoşuluruq.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?