Modern.az

“Türkologiya” jurnalının ikinci sayında nələr var?

“Türkologiya” jurnalının ikinci sayında nələr var?

28 Oktyabr 2016, 15:08

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin beynəlxalq elmi jurnalı olan “Türkologiya” jurnalının ikinci sayı işıq üzü görüb.

 

Jurnalın “Türkoloji irs” bölməsində tanınmış dilçi, türkoloq, akademik Andrey Nikolaeviç Kononovun “V.V.Radlov və milli türkologiya” məqaləsi (rus dilində), “Dilçilik” bölməsində Berlin Azad Universitetinin türkologiya departamentinin professoru Elizabetta Raqaqninin “Azərbaycan dilində monqol alınma sözləri: areal baxış” (ingilis dilində), “Ədəbiyyat və folklor” bölməsində Nüşabə Araslının  “Orta əsrlər türk şeirində Nizamidən iqtibaslar”, “Fəlsəfə və tarix” bölməsində fəlsəfə doktoru Qaliya Kurmanqaliyevanın (Qazaxıstan) “Əl-Fərabi fəlsəfəsi mədəniyyətlət dialoqunun fenomeni kimi” məqaləsi (rus dilində), “Yazılı abidələr” bölməsində filologiya elmləri namizədi Oleq Rüstəmovun (Türkiyə) “XVII-XVIII əsrlərə aid şəriət məhkəmələrinin məhkəmə reyestrinin materiallarında Krım xanlığı əhalisinin zümrə titullarının, rütbələrinin eyniləşdirilməsində linqvistik elementlər” (rus dilində), “Türkoloji qurultay-90” bölməsində professor Buludxan Xəlilovun “Birinci Türkoloji Qurultayın iştirakçıları: qırğız türkoloqu Qasım Tınıstanov” məqaləsi, “Henrix Fridrix Fon Dits və Kitabi-Dədə Qorqud-200” bölməsində professor Osman Fikri
Sərtqayanın (Türkiyə) “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsində latınca, ərəbcə, farsca, türkcə mətndənkənar qeydlər” məqaləsi (türk dilində), “Türkoloji mərkəzlər” bölməsində professor Əhməd Bican Ercilasunun (Türkiyə) “Sibir və Qafqazda türkoloji araşdırmalar” məqaləsi (türk dilində), “Rezenziyalar” bölməsində tarix elmləri doktoru Aleksandr Nesterovun (Rusiya) “E. Çingizoğlu, M.Qacar, Qacar dövrünün (1794-1925) diplomatları”, Elçin İbrahimovun “Çengiz Ayyılmaz. Qobustanın sirri. (Qıpçaklara gedən yol)” məqaləsi (türk dilində) dərc edilib.

 

Jurnalın “Personalia” bölməsində Abdulla Tukay, Ninel Hacıyeva, Oljas Süleymanov, Əbülfəz Rəcəbli, Məsud Mahmudov haqqında yazılar işıq üzü görüb.

 

“Türkologiya” jurnalı 1970-ci ildən nəşr olunur.

 

Hazırda jurnal ildə 4 dəfə işıq üzü görür.

 

Jurnalın hazırkı baş redaktoru akademik Kamal Abdulladır.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir