Modern.az

Obama 98 məhkumun cəzasını yüngülləşdirib

Obama 98 məhkumun cəzasını yüngülləşdirib

28 Oktyabr 2016, 15:38

ABŞ prezidenti Barak Obama 98 məhkumun cəzasını yüngülləşdirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı zorakı olmayan narkotik cinayətlərinə görə sərt cəzalara məhkum olunan federal məhbusların azadlığa çıxması üçün cəhdlərini artırır.

Bu dəfə barələrində qərar çıxarılanların demək olar yarısı ömürlük azadlıqdan məhrun olunanlardır.

 

Barak Obama prezidentliyi dövründə 872 amerikalı cinayətkarın cəzasını yüngülləşdirib. Bu, ümumilikdə onun 11 əvvəlki sələfinin cəzasını yüngülləşdirdiyi məhkumların sayından çoxdur.

Ağ evin vəkili Nil Eqlton qeyd edib ki, 98 kişi və qadın yeni həyat şansı əldə edəcək.

“Bu adamlar gəncliklərində səhv ediblər. Onlar səylə çalışıblar ki, özlərini azadlıqdan məhrum edildikləri yerlərdə reabilitasiya etsinlər. 42 nəfər ömürlük azadlıqdan məhrum olunandır. Onlar indi öz ailələrinə və cəmiyyətə qayıdacaqlar”, - Eqlton deyib.

Barak Obama avqust ayında 214 məhkumun cəzasını yüngülləşdirməklə eyni zamanda öz administrasiyasının rekordunu müəyyən edib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı