Modern.az

Aqil Abbas: “Bir ölkəni iki nəfərə görə cəzalandırmaq istəyirlər”

Aqil Abbas: “Bir ölkəni iki nəfərə görə cəzalandırmaq istəyirlər”

Aktual

28 Oktyabr 2016, 17:24

"Bizim bir idmançımızda 8 ildən sonra dopinq aşkarlayıblar. Məlum olub ki, bunun analizləri hələ qalıb. Sən demə dopinq qəbul edirmiş".

Modern.az-ın xəbərinə görə, bunu deputat Aqil Abbas parlamentin bugünkü iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, 8 ildə heç ölü qalmır, çürüyür gedir:

“Ona görə də düşünürəm ki, bu dopinq məsələsində həm də siyasi məqsədlər var. Bir ölkəni bir və ya iki nəfərə görə cəzalandırmaq istəyirlər”.

Millət vəkili Qüdrət Həsənquliyev də çıxışında qeyd edib ki, Azərbaycan idmançılarının adı mütəmadi olaraq dopinqdən istifadədə hallanır:

“Bizim ağırlıqqaldıranları yarışlara buraxmalıdırlar. Bu yeni qanunda federasiyaların üzərinə də məsuliyyət qoyulmalıdır. Amma sanksiyaları federasiyaların üzərinə qoymaq düzgün deyil. Çünki onların maliyyə imkanları da yaxşı deyil”.

 

Qeyd edək ki, sözügedən qanun layihəsi ilk oxunuşda konseptual olaraq qəbul edilib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar