Modern.az

İnterpol Ukraynada yoxa çıxmış azərbaycanlını axtarır

İnterpol Ukraynada yoxa çıxmış azərbaycanlını axtarır

28 Oktyabr 2016, 18:33

 

Ukraynanın hüquq-mühafizə orqanları bu ölkədə itkin düşmüş azərbaycanlını beynəlxalq axtarışa verib.

Lent.az-ın məlumatına görə, 10 iyul 1947-ci ildə Azərbaycanda anadan olmuş Balaş Abbasov barəsində “sarı xətt”lə dövlətlərarası axtarış elan edilib. Azərbaycan dili ilə bərabər rus dilini də mükəmməl bilən B.Abbasovdan keçən ilin 29 may tarixindən məlumat almaq mümkün olmayıb.

Onun hansı şəraitdə yoxa çıxdığı məlum deyil.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür