Modern.az

Din xadimindən 4 arvad saxlayan kişiyə ETİRAZ

Din xadimindən 4 arvad saxlayan kişiyə ETİRAZ

Hadisə

29 Oktyabr 2016, 15:39

Azərbaycanda bir kişinin kəbinlə saxladığı 4 arvadı ilə eyni damın altında yaşaması faktı ictimailəşib. Cəmiyyətdə birmənalı qarşılanmayan bu fakt qadinsayti.az-ın "Sığınacağa sığınanlar" layihəsində öz əksini tapıb.
 

Modern.az məsələyə din xadiminin münasibətini öyrənib.


“İlk olaraq onu demək istəyirəm ki, çoxarvadlılıq İslam dininin təşviq etdiyi əməllərdən biri deyil. Bir kişinin bir neçə qadınla nikaha girməsi zamanı münasibətlər pozulursa, bu, yolverilməzdir”.


Bunu Modern.az-a açıqlamasında  “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, sadəcə, müəyyən şərtlər daxilində çoxarvadlılığa icazə verilib.

“Peyğəmbər zamanında  kişilər şəhid olurdu, qadınlar dul qalırdı deyə, bu cür hallar baş verirdi. Daha doğrusu, çoxarvadlılıq xüsusi şərait üçün nəzərdə tutulurdu. Ona görə də İslam dini insanları buna əməl etməyə çağırmır.
Əgər kişi bir neçə qadınla ailə həyatı qurarsa və bu, narazılığa səbəb olarsa, ədalət prinsipləri pozularsa bu, düzgün hal deyil. Qadınların hüquqları tapdalansa, onların bir evdə saxlanılması zamanı  ədalətsizliyə yol verilirsə, o zaman bir kişinin bir neçə qadınla eyni evdə yaşaması doğru deyil”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır