Modern.az

Eldar Əzizov qanunsuz tikililərə “müharibə” elan etdi - Badamdarı sökürlər - FOTOLAR

Eldar Əzizov qanunsuz tikililərə “müharibə” elan etdi - Badamdarı sökürlər - FOTOLAR

Hadisə

31 Oktyabr 2016, 09:09

Səbail rayon İcra Hakimiyyətində  yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb.

Araşdırmalar zamanı müəyyən olunub ki, bu ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında  hektarlarla  sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb. İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq İcra Hakimiyyəti tərəfindən burada hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəiyyətə gətirilməsi prossesinə başlanıb.


Bu barədə Modern.az saytına Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.


Bildirlib ki, Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi məlumata görə,  Səbail rayon İcra Hakimiyyəti tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq  6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prossesinə başlanıb.

Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunub, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə Prokurorluq orqanlarına göndərilib.

Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar ərazisində qanunsuz torpaq sahələri zəbti və tikintilərlə bağlı araşdırmalar və torpaq sahələrinin inventarlaşdırılması işləri daha qətiyyətlə davam etdirilir.

 


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi