Modern.az

“Bizdə internet qiymətlərinin Avropadakı kimi ucuz olması mümkünsüzdür”

“Bizdə internet qiymətlərinin Avropadakı kimi ucuz olması  mümkünsüzdür”

3 Sentyabr 2009, 15:24

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sentyabrın 1-dən etibarən mövcud internet tariflərinin təxminən üç dəfə endirilməsi barədə məlumat yayıb.
Buna rəğməm, ölkənin aparıcı internet provayderi olan “Delta  Telecom” şirkəti oktyabrın 1-dək 1 MBt/saniyə sürəti üçün tarifin 275 AZN-dən 110 AZN-ə endirilməsinə dair qərar qəbul edib. Xidmətlərin maya dəyərinin aşağı düşməsini nəzərə alaraq internet xidməti bazarında fəaliyyət göstərən digər provayderlərin də öz tariflərini endirəcəyi gözlənilir.
“BAKİNTERNET”in xidmətlər şöbəsinin rəisi Müşfiq Sadıqov Modern.az-a bildirib ki, o da  ucuzlaşmanın tərəfdarıdır: “Belə olduqda əhalinin hər bir təbəqəsi internetdən istifadə edə biləcək. Ancaq Azərbaycanla Avropanı eyni səviyyədə nəzərə almaq olmaz. Avropada internet abunəçiləri lazımi zamanlarda ondan istifadə edirlər. Bizdə isə bundan qeyri-leqal şəkildə də istifadə edilir. Bəziləri Azərbaycanı Türkiyə ilə müqayisə edir. Bu da düzgün yanaşma deyil. Türkiyənin internet resurslarının əsas hissəsi dövlətin serverlərində yerləşir. Belə ki, ətrafa çıxan resursla gələn resurs bərabərdir. Ancaq Azərbaycanın daxilində olan resurslar xaricində olan resurslardan təxminən 10 dəfə azdır. İstifadəçilərin əksəriyyətinin serverləri başqa dövlətlərdədir. Buna görə də Azərbaycanda kanal bahadır. Avropa ilə Azərbaycan qiymətlərinin eyni səviyyədə olması mümkün deyil. Çünki cəmiyyət israfçılığa yol verir. Ölkədə bu sahə hələ tam oturuşmayıb”.

                                                       

Günay MUSAYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər