Modern.az

Bu gənc bütün Azərbaycanı aldatdı – NASA-dan AÇIQLAMA

Bu gənc bütün Azərbaycanı aldatdı – NASA-dan AÇIQLAMA

1 Noyabr 2016, 15:01

NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə NASA-nın İctimaiyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.

 

“Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”, - deyə cavabda bildirilir.

 

Qeyd edək ki, bir neçə gün əvvəl ölkə KİV-lərində K.Əhmədlinin NASA-da praktika keçmək üçün ABŞ-a getməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. K.Əhmədli isə bu barədə bir neçə televiziya kanalına müsahibə də verib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı