Modern.az

Cəlilabadı sel basıb

Cəlilabadı sel basıb

Təhsil

27 Fevral 2011, 15:04

Son 5 gündə yağan aramsız yağışlar və dağ çaylarında suyun səviyyəsinin qalxması Cəlilabad rayonunda on hektarla əkin sahəsini su altında qoyub. Çökək ərazilərdə yerləşən fərdi yaşayış evlərinin həyətlərini su basıb.

Sel sularının qarşısını alınması üçün hazırda texnikanın və canlı qüvvənin köməyi ilə rayon ərazisində tədbirlər davam edir.

Cəlilabad rayon fövqəladə hallar komissiyasının sədri Asif Əzizov "Azadlıq" radisouna bildirib ki, Mişarçay üzərindəki bəndin dağılmasının qarşısı alınıb: «Kisələrə qum dolduruldu, ağır texnikadan istifadə etdik ki, çayın seli yolu yumasın. Əgər yolu yusaydı böyük fəsad ola bilərdi».

Asif Əzizov deyib ki, insan təlafatı yoxdur, mal-qaraya da ziyan dəyməyib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat