Modern.az

Türkiyənin məşhur siyasətçisi ölüb

Türkiyənin məşhur siyasətçisi ölüb

27 Fevral 2011, 16:36
Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan fevralın 27-də 85 yaşında vəfat edib. Nəcməddin Ərbəkan Türkiyədə Səadət Partiyanının sədri idi.

 

Qeyd edək ki, Nəcməddin Ərbakan 1970-ci ildə Milli Nizam Partiyasını qurub. 1971-ci ildə partiya bağlanıb. Bir il sonra o, Milli Salamatlıq Partiyasını yaradıb. Ərbakan uzun müddət siyasətdən kənarda qalandan sonra 1995-ci ildə seçkilərə qatılaraq millət vəkili seçilib. Bu seçkilərdə onun başçılıq etdiyi Rifah partiyası qalib gələrək hökumət qurmaq səlahiyyəti qazanıb. Bir müddət baş nazir postunu tutan Ərbakan sonra təzyiqlər nəticəsində istefa verməli olub və Rifah partiyası qadağan edilib. 2003-cü ildə yenidən aktiv siyasətə qayıdan Ərbakan Səadət Partiyasını yaradıb. O, Türkiyənin indiki prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın müəllimi sayılır.

Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!