Modern.az

NATO-nun hərbi zərbələri 30 əfqanın həyatına son qoydu

NATO-nun hərbi zərbələri 30 əfqanın həyatına son qoydu

Dünya

3 Noyabr 2016, 23:05

NATO qüvvələri Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətinə hava zərbəsi endirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, endirilən hava zərbələri nəticəsində təxminən 30 dinc sakin öldürülüb. Aviazərbələr Kunduzun mərkəzində əməliyyat aparan əfqan və amerikalı hərbçiləri "Taliban" hərəkatı yaraqlılarının mühasirəsindən xilas etmək məqsədi ilə endirilib. Əfqanıstan hökuməti dinc sakinlərin zərbə altına düşməsinə səbəb kimi terrorçuların onların evlərindən sığınacaq kimi istifadə etmələrini göstərir.

İlkin məlumata görə, həlak olanlar arasında qadınlar və uşaqlar da var.

Qeyd edək ki, bundan bir qədər əvvəl isə taliblərlə toqquşma nəticəsində iki ABŞ hərbçisi ölüb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır