ADU-nun mətbuat xidmətindən Modern.az-a saytına verilən məlumata görə, universitetin 23 tələbəsi Böyük Britaniyaya yola düşəcək. Onlar məşhur Esseks universiteti ilə ADU arasında bağlanmış müqaviləyə əsasən öz təhsillərini bu universitetdə davam etdirəcəklər.
Sözügedən müqavilənin şərtlərinə əsasən, tələbələr Dillər Universitetində I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirərək ikili diplom alacaqlar. Bundan başqa, hər iki universitetin professor-müəllim heyətinin, departament rəhbərlərinin qarşılıqlı səfərləri də nəzərdə tutulub. Təhsilini Esseks Universitetində davam etdirmək istəyən tələbələrin ingilis dili bilikləri yüksək səviyyədə yoxlanılıb və onlarm Böyük Britaniyaya getməsinə razılıq verilib.
Qeyd edək ki, baş tutacaq səfərə universitetin 1 saylı İngilis dili fakültəsindən 18, 2 saylı İngilis dili fakültəsindən 3, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsindən isə 2 tələbə yollanacaq.
Anar Rüstəmov