Modern.az

Mart ayı qarlı hava ilə gəlir

Mart ayı qarlı hava ilə gəlir

Təhsil

28 Fevral 2011, 13:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti martın 1-nə gözlənilən hava şəraiti barədə məlumat verib. Məlumata görə, martın 1-də havanın gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti,  dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Əksər meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat