Modern.az

ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edildi

ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edildi

Təhsil

28 Fevral 2011, 15:58


Fevralın 28-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkət rəhbərliyinin toplantısı keçirilib. ARDNŞ prezidenti çıxış edərək son illər şirkətin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışıb, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb. O, Şirkətdə menecment işinin yüksək səviyyədə qurulduğunu və kadr potensialının get-gedə möhkəmləndiyini vurğulayıb.
R.Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il sərəncamı ilə ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bunu Şirkətin kadrlarına bəslənilən yüksək etimadın təzahürü kimi qiymətləndirən R. Abdullayev ARDNŞ rəhbərliyi adından Qorxmaz Hüseynovu təbrik edib və ona tutduğu məsul vəzifənin icrasında müvəffəqiyyətlər arzulayıb.

Sonra Rövnəq Abdullayev Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bədəl Şamil oğlu Bədəlovun ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti təyin edildiyini bildirib. Bədəl Bədəlovun bundan əvvəl ARDNŞ Sosial İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışdığını qeyd edən şirkət prezidenti onu yüksək işgüzar keyfiyyətlərə malik rəhbər işçi kimi səciyyələndirib, layiq görüldüyü yüksək etimada görə onu təbrik etmiş və ona yeni işində uğurlar arzulayıb.

Rövnəq Abdullayev sosial proqramların ARDNŞ də daim diqqət mərkəzində olduğunu qeyd edib və bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı söz açıb. O, sosial sahədə qarşıda duran vəzifələrlə bağlı Şirkətin yeni vitse-prezidenti Bədəl Bədəlova konkret tapşırıqlarını verib. R.Abdullayev Prezidentin digər bir sərəncamı ilə şirkətin ekologiya üzrə vitse-prezidenti Soltan Əliyevin başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edildiyini bildirib.

Daha sonra ARDNŞ-də idarəçiliyin davamlı olaraq təkmilləşdirilməsi məsələlərinə toxunan Rövnəq Abdullayev idarəetmə mexanizminin çevikliyinin artırılması, bəzi hallarda yol verilən bürokratik maneələrin təcili olaraq aradan qaldırılması istiqamətində məqsədyönlü fəaliyyətin bundan sonra da davam edəcəyini söyləyib. ARDNŞ prezidenti bu istiqamətdə müvafiq strukturlar qarşısında duran vəzifələri müəyyənləşdirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat