Modern.az

"Toyota Prado" aşıb, 3 nəfər yaralandı- Ucarda -Foto

"Toyota Prado" aşıb, 3 nəfər yaralandı- Ucarda -Foto

Hadisə

6 Noyabr 2016, 18:00

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. 

 

“90 CC 120” dövlət nömrə nişanlı  "Toyota  Prado" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır

 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?