Məşhur “Forbes” jurnalı “Ən varlı 100 Türk”ün siyahısını açıqlayıb. Modern.az-ın məlumatına görə, zəngin türklərin ümumi sərvətinin dəyəri 104 milyard dollara çatıb. Keçən il isə bu göstəriçi 87 milyard dolar olmuşdu.
”Ən varlı türk” siyahısında liderliyi Məhmət Əmin Qaramehmet edir. Onun sərvətinin ümumi dəyəri 4 milyard dolar təşkil edir. M.Ə.Qaramehmetin 2010-cu ildə sərvətinin dəyəri 2,9 milyard dollar olub.
İkinci ən varlı türk isə Səmahat Arsel və kecən il bu siyahıda birinci olan Hüsnü Özyeğindir. S.Arselin sərvəti 1,7 milyard dolardan 3 milyard dolara yüksəlib.
Rəhmi Koç 2,9 milyard dollarlıq sərvəti ilə ücüncü sırada qərarlaşıb. R.Koçun sərvəti 1,6 milyard dolardan 2,9 milyard dolara yüksəlib.
Modern.az