Modern.az

Ermənilər Strasburq «Azərbaycan Evi»nin rəhbərini ölümlə hədələyiblər

Ermənilər Strasburq «Azərbaycan Evi»nin rəhbərini ölümlə hədələyiblər

Təhsil

28 Fevral 2011, 19:22

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı fevral ayının 23-27-də Strasburq şəhərində silsilə tədbirlər və "Xocalıya ədalət" kampaniyası çərçivəsində mitinq keçirib.  
Bu gün verilən məlumata görə Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Əlincə Fransada yaşayan ermənilər tərəfindən çoxlu sayda təhdid mesajları alıb. Araşdırma zamanı məlum olub ki, bu cür mesajlar həm də Strasburqda yaşayan digər 5 nəfər Azərbaycan və türk diaspora üzvlərinə də göndərilib. Həmin mesajlarda diaspora fəallarından Xocalı ilə bağlı məsələləri davam etdirsələr, onların sonunun «Magnum 357» (ermənilərin terrorda istifadə etdiyi kod adlarından) ola biləcəyi qeyd olunub.
Strasburq « Azərbaycan Evi»nin rəhbəri Mustafa Əlincə bildirib ki, artıq onlara olunan hədələrdən birinin  - Paris-Alfortville bölgəsindən olan Gregory Deragopianın ünvanı müəyyənləşib. Yaxın günlərdə ermənilərin bu təhdidlərini araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat