Modern.az

Gəncədə 7 nəfərlik dəstə tutulub

Gəncədə 7 nəfərlik dəstə tutulub

Təhsil

28 Fevral 2011, 19:29


Gəncədə ərzaq məhsulları və təsərrüfat malları oğurlamaqda şübhəli bilinən dəstə üzvləri  tutulub. Gəncə və Göygöl sakinləri olan saxlanılanlar Gəncə şəhər Kəpəz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Modern.az-ın məlumatına görə, onların Gəncə ilə yanaşı Göygöl, Goranboy və Bakıda mağaza, poct  və aptekləri qarət etdikləri bildirilir.
9 nəfərdən ibarət olan dəstənin hələlik 7 nəfəri - Elnur Mahmudov, Vüsal Qasımov, Elmir Qarayev, Əziz Yusifov, Camal Həsənov, Tural İbrahimov, və Aygün İbrahimova ələ keçib. Dəstə üzvləri bu ilin yanvar ayından fəaliyyətə başlayıb. Əvvəllər də oğurluq və xuliqanlıq maddəsi ilə məhkum olunan Xose ləqəbli Elnur Mahmudov dəstəyə rəhbərlik edib. Onlar əvvəlcədən qarət edəcəkləri  yeri müəyyən edib daha sonra növbəli şəkildə oğurluq ediblər. Oğurlanan malların bir çox hissəsi maddi sübut kim Kəpəz RPŞ əməkdaşları tərəfindən götürülüb. Dəstə üzvləri isə oğurluğu ehtiyac üzündən törətdiyini bildiriblər.  Əldə etdikləri malları isə Gəncə şəhərindəki mağazalara satıblar. Faktla bağlı cinayət məcəllisinin 177.2.1, 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.


Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat