Modern.az

Respublikamızda yeni Dövlət Xidməti yaradılır

Respublikamızda yeni Dövlət Xidməti yaradılır

7 Noyabr 2016, 21:49

Azərbaycan prezidenti fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Modern.az saytı əbər verir ki, fərmana əsasən kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.

 

Fövqəladə Hallar Nazirliyi Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim edəcək. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir