Modern.az

Binəqədi və Sabunçuda "göllər" quruduldu, ortaya başqa problem çıxdı

Binəqədi və Sabunçuda "göllər" quruduldu, ortaya başqa problem çıxdı

8 Noyabr 2016, 12:31

Hava şəraitinin intensiv yağıntılı keçməsi paytaxtın Binəqədi, Sabunçu rayonları ərazilərində güclü subasma ilə müşahidə edildi. Yağışların dayanmasına baxmayaraq ərazilərin suyu qurumaq bilmir.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Modern.az-a deyib ki, Bakıdakı bir çox göllərin qurudulmasına çalışılması problemi daha da artırıb:

“Gölləri qurutmaq yox, cənab prezidentin sərəncamına uyğun olaraq bərpa edib təbiətə qaytarmaq lazımdır. Yəni sərəncam gölləri qurutmaqdan ötrü verilməyib. Göllərin mövcud ekosistemlərini özünə qaytarmaq, tarazlığı qorumaqla yeni turizm mərkəzləri yaratmaq, əraziləri təmizləyib istirahət mərkəzlərinə çevirməliyik”.

 

T.Zeynalov bildirib ki, göllərin qurudulmasından sonra isə həmin ərazilərdə torpaq sürüşmələrinin miqyası genişlənir:

 

“Torpaq qurudulduğu üçün ərazidəki qrunt suları çəkilir. Odur ki, bir az yağıntı olan kimi torpaq qatı ağır gil üzərindən sürüşüb aşağıya doğru hərəkət edir”.

 

Bakıdakı duzlu gölün qurudulmasına gəlincə, ekoloq deyib ki, bu mümkün olmayacaq:

 

“Çünki o yenidən su ilə dolacaq. Bu və digər ərazilərdə tikinti, kommunikasiya işləri aparıldığı zaman qrunt sularının qarşısı kəsilir və başqa istiqamətə yönəlir. Digər ərazilərdə qrunt sularının qalxmasına gətirib çıxarır.

 

Nəzərinizə çatdırım ki, 1 metr dərinlikdən sonra ağır gil təbəqəsi gəlir. Bu təbəqə çox çətinliklə su keçirir. Məhz həmin ərazilərdə qrunt suları üzə çıxır.

Qrunt sularının səviyyəsinin qalxmaması üçün onları təmizləyici qurğular vasitəsilə dənizə axıtmaq olar”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır