Modern.az

“Monitor”u sönməyən Elmar... (FOTOLAR)

“Monitor”u sönməyən Elmar... (FOTOLAR)

1 Mart 2011, 18:30

Sabah mərhum jurnalist Elmar Hüseynovun ölüm günüdür. Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutna daxil olub. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub. “Bakı Bulvarı” və “Monitor” jurnalının baş redaktoru olub.

2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor" jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Elmar Hüseynovun qəbri ikinci Fəxri Xiyabandadır

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!