Modern.az

Azərbaycanda ötən illə müqayisədə 6,6 min hektar çox taxıl əkilib

Azərbaycanda ötən illə müqayisədə 6,6 min hektar çox taxıl əkilib

Təhsil

1 Mart 2011, 13:11

Bu haqda Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. O, bildirib ki, 2010-cu ilin payız mövsümündə 915.12 min hektar sahədə taxıl əkilib. Bunun da 660.5 min hektarını payızlıq buğda, 254.7 min hektarının isə arpa təşkil edir. M.Hacıyevin sözlərinə görə, qeydə alınan bu göstərici ötən ilkindən 6.6 min hektar çoxdur: “Hava şəraiti imkan versə, bu il üçün  Azərbaycanda 2.5 milyon ton məhsul yığılması proqnozlaşdırılır. Bunun da hardasa 2 milyon tonunu məhz ərzaq buğdası təşkil edəcək. Dövlət proqramına əsasən, yaxın illərdə bu rəqəmin 3 milyon tona çatdırılması nəzərdə tutulub”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat