ATƏT –in Bakı ofisi martın 7-8-də Azərbaycanda siyasi partiyaların idarəçiliyi məsələlərinə dair dəyirmi masa keçirəcək. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Tədbirə Prezident Administrasiyasının və Milli Məclisin yüksək vəzifəli şəxsləri, hökumət təmsilçiləri, deputatlar və 18 siyasi partiyaların rəhbərləri dəvət olunub.
ATƏT-in Bakı ofisinin yaydığı məlumatda qeyd edilir ki, dəyirmi masada “Siyasi partiyalar haqqında” qanun müzakirəyə çıxarılacaq. Tədbirin məqsədi siyasi partiyaların səmərəli idarəçiliyi üçün Azərbaycan hökümətinə kömək etməkdir. İştirakçılara Venetsiya Komissiyasının siyasi partiyalar haqqında qaydaları barədə məlumat veriləcək və 1992-ci ildə qəbul edilmiş siyasi partiyalar barədə qanunun təkmilləşdirilməsi ilə bağlı müzakirə aparılacaq.
Modern.az