Modern.az

Prezident: "Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkədir"

Prezident: "Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkədir"

1 Mart 2011, 13:50

Martın 1-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir .
Əvvəlcə dövlət başçısı konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub.
Sonra konfransda giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarını yüksək qiymətləndirib.
Dövlət Proqramının ikinci ilində əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışan İ.Əliyev Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.
İlham Əliyev qeyd edib ki,  2009-2010-cu illərdə dünyada hökm sürən maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf edib. Son 2 il ərzində ölkə iqtisadiyyatı 15 faiz artıb.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirəcək. «Biz dövlət və özəl sektorun inkişafı ilə  xarici ölkələrə daha çox sərmayə qoya bilərik»-deyən prezident İlham Əliyev  bildirib ki,  bu,  Azəbaycanın beynəlxalq əməkdaşlığını daha da genişləndirəcək. Onun sözlərinə görə, ötən il Azərbaycan iqtisadiyyatına 15, 4 milyard dollar sərmayə qoyulub. Son 6-7 ildə ölkədə 2 mindən çox məktəb , 400-dən artıq səhiyyə ocağı tikilərək istifadəyə verilib. 

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?