Modern.az

Jurnalistlər müğənni Nüşabə Ələsgərlinin üzr istəməsini tələb edirlər

Jurnalistlər müğənni Nüşabə Ələsgərlinin üzr istəməsini tələb edirlər

1 Mart 2011, 14:59

Fevralın 28-də Bakı şəhərində jurnalistlərin də iştirak etdiyi yol patrul xidməti əməkdaşlarının keçirdiyi gecə reydləri zamanı polislərə tabe olmayan müğənni Nüşabə Ələsgərli ilə media nümayəndələri  arasında insident yaşanıb. İnsident zamanı müğənninin cangüdəni “Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlının jurnalist vəsiqəsini cırıb, Nüşabə Ələsgərli isə media işçilərini təhqir edib. Bunu “Üç nöqtə” qəzetinin redaktoru mətbuata verdiyi açıqlmada bildirib.

O, insidentlə əlaqədar Daxili İşlər Nazirliyinə və Mətbuat Şurasına müraciət edəcəyini deyib.

Modern.az məsələyə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən isə “əgər doğurdan da belə hadisə baş veribsə, onda Daxili İşlər Nazirlyinə müraciət edilməli və məsələ aydınlaşdırılmalıdır. Hələ bizə müraciət daxil olmayıb” deyə açıqlama verdilər.

Bundan əlavə, nazirlikdən bu məsələ ilə əlaqədar ətraflı məlumat əldə etmək üçün reyd keçirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlamağı məsələhət bildilər.

Hadisənin iştirakçısı olmuş, nəticədə jurnalist vəsiqəsi cırılmış Elməddin Muradlının Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti xidmətinin rəisi Vaqif Əsədovlala əlaqə saxlayıb saxlamadığını öyrəndik.

Həmkarımız dünən Vaqif Əsədovla əlaqə saxladığını qeyd etdi. “Cavabında Vaqif Əsədov mətbuata bununla bağlı artıq açıqlama verdiyini dedi. Amma mən onun mətbuata verdiyi açıqlamadan xəbərsiz idim”.  

Elməddin Muradlı qeyd etdi ki, Vaqif Əsədov mətbuata verdiyi informasiyada bildirib ki, Nüşabə xanım tərəfindən yol polislərinə kobudluq nümayiş olunmayıb.
“Vaqiv Əsədov “əgər belə hal varsa, onda bu Nüşabə xanımla jurnalistlər arasında olan məsələdir və bunu onlar öz aralarında həll etməlidirlər” deyib”.

Həmkarımız hadisəni tam təfsilatı ilə yenidən bizə danışdı.

“Hadisə belə olub. Axşam yol patrul xidmətinin əməkdaşları ilə reydə çıxmışdıq. Birdən efirdə səsləndi ki, “10 LZ 101 dövlət nişanlı maşını saxlayın!”. Üstündən bir az keçmişdi ki, yenidən efirdə “Mercedes ML” markalı maşının “Lido” restaranın qarşısında saxlandığı bildirildi. 2-3 dəqiqədən sonra isə efirdə həmin maşında müğənni Nüşabə Ələsgərlinin olduğu və onun yol patrul xidmətinin əməkdaşlarına tabe olmadığı səsləndi. Bizə maraqlı gəldi ki, Nüşabə xanım niyə tabe olmur və yol polisinə dedik ki, ora sürsün”.

E.Muradlı restoranın qarşısına çatanda  avtomobilin 2 yol patrul maşını və 5-6 yol polsi tərəfindən dövrəyə alındığının şahidi olduqlarını bildirdi.

“Nüşabə Ələsgərli maşından düşmürdü və maşında ola-ola telefonla kimləsə danışırdı. Həmkarım – “qaynar.info” saytının rəhbəri Fərid Şahbazlı Nüşabə xanıma yaxınlaşıb nə baş verdiyini soruşanda müğənni aqresivləşdi və yol polsilərinə, bizim ünvanımıza nalayiq sözlər işlətdi. Hətta bunu özü də təsdiqləyir ki, o, “küçük” yox, “düdük” deyib. Müğənninin şəkilini çəkmək istəyəndə isə o daha da aqresivləşdi və yanında olan sürücü üstümə gəlib vəsiqəmi tələb etdi. Hadisə nəticəsində üstəlik vəsiqəm də cırıldı”.

Jurnalist məsələni belə dərinləşməsini istəmədiyini, sadəcə həmin xanımın hər şeyi inkar etməsinin onu əsəbləşdirdiyini vurğuladı.

“Şəkil çəkən anda onun kimlə danışdığı aydınlaşsa, onda hər şey məlum olar. Bizdə müəyyən səsyazmalar da var. Düzdür söyüş hissələri yazılmasa da, həmin anda onun səsinin müyyən məqamları yazılıb. Özü istəsə, qulaq asa bilər”.

“Istəməzdim adım belə insanlarla bir çəkilsin, bəlkə bu şou müğənnisi üçün yaxşıdır, amma bu mənə ziddir” deyə həmkarımız əlavə etdi.

Son olaraq Elməddin Muradlı bunla bağlı ataçağı növbəti addımları da bizə açıqladı.

“Üzvü olduğum Parlament Jurnalistləri Birliyi adından Ombudsmana və Daxili İşlər Nazirliyinə müraciət edəcəyik ki, araşdırma aparılsın. O xanımın bizdən üzr istəməsi kifayətdir”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir