Modern.az

Deputat: “Xalqımız BMT-yə üzv olmağın ildönümünü qürur hissi ilə yaşamır”

Deputat: “Xalqımız BMT-yə üzv olmağın ildönümünü qürur hissi ilə yaşamır”

Parlament

1 Mart 2011, 16:07

Sabah Azərbaycanın BMT-yə üzv olmasının 19 ili tamam olur

Sabah Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına (BMT)  qəbul olunmasının 19 ili tamam olur. Düz 19 ildir ki, bayrağımız BMT-nin mərkəzi mənzil qərargahında müstəqil ölkələrin bayraqları ilə birgə dalğalanır.

“Ancaq Azərbaycan xalqı BMT-yə üzv olmağın ildönümünü qürur hissi ilə yaşamır”.

Bu fikirləri isə millət vəkili Zahid Oruc Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv olmağının 19-cu ildömünü ilə bağlı Modern.az saytına açıqlamasında bildirib. Deputat bunun səbəbini belə izah edib: “Bunun da ən başlıca səbəbi Azərbaycanın bu quruma daxil olarkən gerçək ərazi bütövlüyünün pozulması və BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qərarların icra olunmamasıdır. Bəs bunlar icra olunmayacaqdısa, nədən bu qərarlar verilib..?”.

Onun sözlərinə görə, yeni müstəqillik qazanmış bir dövlət kimi Azərbaycanın 19 il öncə BMT-yə daxil olması suverenliyin təminatı üçün çox vacib idi: “ Bu, o zaman çox vacib bir məsələ idi. Lakin, təəssüflər olsun ki, sonrakı dönəmlərdə BMT-nin başlıca Nizamnamə prinsipləri, dünya çapında gözlənilən mühüm addımlar, qəbul olunmuş qərar və qətnamələrin yerinə yetirilməməsi və bunlara göstərdiyi münasibət quruma etimadın itirilməsinə səbəb oldu”.

Z.Oruc qeyd edib ki, hazırda BMT sanki kağız istehsal edən bir təşkilata çevrilib. “Məncə, BMT-nin kağız istehsal edən bir qurumdan heç bir fərqi yoxdur, bu qurum yalnız icra olunmayan qərarlar verməklə məşğuldur”.

Millət vəkili Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağla bağlı mövqeyinin qərəzli olduğunu bildirib: “Ərəb ölkələrində baş verən hadisələr, o cümlədən Liviyada Qəddafi rejiminə qarşı BMT, NATO kimi qurumlar sərt sanksiyalar tətbiq edirlər.  Onlar öz xalqını qəddarcasına qətlə yetirən, onlara qarşı cinayət törədən siyasi rejim rəhbərini dünyada pislənməsinə çalışırlar. Lakin başqa bir ölkənin ərazisini ələ keçirən, dinc yaşama prinsiplərini tanımayan, terrorçuluğu dövlət siyasəti kimi həyata keçirən Ermənistana qarşı bu sanksiyanı gündəmə gətirmək istəmir, bunu yüngül bir cinayət kimi təsəvvür edirlər”.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır