Modern.az

Ruslar Qorbaçov barədə eşitmək istəmirlər

Ruslar Qorbaçov barədə eşitmək istəmirlər

1 Mart 2011, 16:14

Son 10 il ərzində ruslar arasında SSRİ-nin son prezidenti Mixail Qorbaçova olan münasibət ciddi şəkildə dəyişib. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin SSRİ qalmaqallı prezidentinin 80 illiyi ərəfəsində keçirdiyi sorğulardan bu bəlli olub.
Mərkəzin açıqladığı hesabata görə, bu gün Rusiya vətəndaşlarının əksəriyyəti Qorbaçovun şəxsiyyətinə qarşı biganədirlər. Rəyi soruşulanların 47 faizi üçün Qorbaçovun kimliyi və keçmiş fəaliyyəti heç bir əhəmiyyət daşımır.  Keçmiş prezidentə ən çox əhəmiyyət verməyən 35 yaşdan aşağı gənclərdir. Onların 59 faizi Mixail Qorbaçov barədə heç nə eşitmək istəmir. Komunist partiyasının üzvləri (42 faiz) və yaşlı nəsil (33 faiz) isə SSRİ prezidentinə nifrət edirlər. 

Hazırkı ruslar üçün Qorbaçov idarəçiliyində müsbət anları xatırlamaq çox çətindir -(73 faiz).  Rəyi soruşulanların əksəriyyəti hesab edir ki, SSRİ prezidenti kimi çox pis idarəçi olub. Onlar üçün Qorbaçov SSRİ-nin dağılması (31 faiz), kütləvi iştişaşlar (3 faiz) “talon sistemi” və işsizliyiyin meydana gəlməsi ilə yadda qalıb. 

Martın 2-də Mixail Qorbaçovun 80 yaşı tamam olur. O, Azərbaycanda sovet ordusunun Bakıya yeridilməsində və dinc əhalinin gülləbaran edilməsi ilə yadda qalıb. Mixail Qorbaçov həmçinin Dağlıq Qarabağ məsələsində ermənilərin qatı tərəfdarı olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?