Modern.az

Göygöldə 14 min dollar yanıb (FOTOLAR)

Göygöldə 14 min dollar yanıb (FOTOLAR)

1 Mart 2011, 16:32

Ötən gün gecə saatlarında Gəncə-Daşkəsən yolunun kənarında, Göygöl rayon ərazisində yerləşən dükanda  yanğın baş verib. İlkin ehtimallara görə, yanğına eletrik naqillərində baş verən qısa qapanma səbəb olub. Hadisə yerinə cəlb olunan Göygöl şəhər Dövlət Yanğından mühafizə idarəsinin 2 yanğınsöndürən maşını, təxminən 15 dəqiqə sonra alovun qarşısını ala bilib. Bundan əlavə yanğınsöndürənlər alovun yaxınlıqdakı dükana  keçməsinin qarşısını da alıblar. Hadisə zamanı xoşbəxtlikdən  xəsarət alan olmasa da,  dükana küllü miqdarda ziyan dəyib, yanğın buradakı avadanlıqlar, malları, eləcə də zəruri sənədləri tamamilə yandırıb.
Modern.az saytının məlumatına görə, dükanda  olan 14 min dollar nəğd pul yanıb. 
Dükanın sahibinin sözlərinə görə, mağazadakı malların ümumi qiyməti 30-40 min manatdır.





Xaliq Qurbanov
Gəncə

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi