Modern.az

Türk televiziyonçular "Xəzər" telekanalını oğurluqda ittiham edirlər

Türk televiziyonçular "Xəzər" telekanalını oğurluqda ittiham edirlər

1 Mart 2011, 16:54

Türkiyənin ATV televiziyasında yayımlanan məşhur “Çocuklar duymasın” serialının prodüseri və ssenaristi Birol Güvən Azərbaycanın “Xəzər” telekanalında nümayiş olunan “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. Bu barədə Türkiyənin “Televiziyon qazetasi” qəzeti məlumat yayıb.  Ssenarist bu məsələni araşdırmaq üçün vəkillərə tapşırıq verib. Qəzet populyar “Cocuqlar duymasın” serialının təqlid olunduğunu yazaraq bundan Güvenin əsəbləşdiyini bildirib.

Türkiyəli ssenarist “Aramızda qalsın” serialının bir bölümünü özünün “Twitter” səhifəsinə yerləşdirib və aşağıdakı sözləri yazıb: “Azərbaycanda “Çocuklar duymasın” serialını yenidən çəkiblər. Həm də icazə almadan. Adını da “Aramızda qalsın” qoyublar. Bunu mənə “Tvitter”dəki bir dostum dedi. “Çocuklar duymasın” azəri aktyorların ifasında izləmək xoşuma gəldi, amma vəkillərimiz bəyənmədilər. Odur ki, onlar lazım olan  addımları atacaqlar”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir