Modern.az

Bir amerikalı10 rus, 50 türk, 100 ərəb və 1 yəhudi qulağı

Bir amerikalı, 10 rus, 50 türk, 100 ərəb və 1 yəhudi qulağı

Hadisə

11 Noyabr 2016, 09:47

Bizi hərə bir adla çağırır: farslar, ermənilər türk, osmanlılar azəri, gürcülər tatar, ləzgilər, avarlar moğul deyir.

 

Fikir vermisinizsə, indi hər yerdə belə fikir səsləndirilir ki, insan həyatı çox qiymətsiz olub, dəyərdən düşüb  və s. Yaşadığımız dünyada az qala gün ərzində minlərlə insanın faciəli ölümü adi hala çevrilib. İndi Suriyada, İraqda gün ərzində qətlə yetirilən onlarla uşağın həyatı belə bizim dünyanın az qala vecinə deyil.

 

Ancaq tək yəhudilərdir ki, özlərinin qədrini bilirlər. İsrail dünyada terror aktından ən güclü müdafiə olunan ölkədir. Burada insan amili, insan həyatı çox aktualdır.

 

“Bir amerikalının həyatı 3 çexiyalının, 5 bosniyalının, 10 rusun, 50 türkün, 100 ərəbin həyatına və 1 yəhudinin qulağına bərabərdir”.  Bu fikirlərin müəllifi Azərbaycanın dünya səviyyəsində tanınmış yazıçısı Çingiz Abdullayevdir.

Bəli, dünyada ən çox maraq doğuran xalqlar içində yəhudilərin xüsusi yeri var. Bir yəhudinin burnu qanadısa, deməli, bədəli də ağır olacaq.

 

Tutaq ki, bir ərəb bir yəhudini öldürür. Bu o deməkdir ki, artıq 100 ərəbin də canı gedib.  Bir sözlə, yəhudilər hansısa yəhudinin öldürülməsinə heç vaxt biganə qalmırlar, bunu adi hal kimi qarşılamırlar. 

Üstəlik, Kabbala kitabı özlüyündə yəhudi mistikası ilə zəngindir. Din, fəlsəfə, ezoterika  üzərində dünyanı idarə edirlər.

Bəs, bir xalqın özünütəsdiqə hesablanmış  formada dünyaya meydan oxuması nədən xəbər verir?

Ümumiyyətlə, digər xalqlar bu məsələdə necə təsnifatlanıb?

Vəhdət Partiyasının sədri, hüquqşünas deputat Tahir Kərimli Modern.az-a açıqlamasında belə bir təsnifat apardığını deyib.

 

“Dünyada bu məsələnin təsnifatını aparmışam. Bir yəhudi 100 xristiana və 1000 müsəlmana bərabərdir. Beş min ildir ki, Kabbala kitabını mənimsəyiblər. Əslində, yəhudilərdən öyrənməli çox şeylər var.

 

Dünyada 30 milyon yəhudi yaşayır. Onun 7 milyonu Amerikanın payına düşür. Amerikada dövlət qurulmamışdan, Konstitutsiya təsbit olunmamışdan qabaq yəhudilər bu barədə qərar verdilər. Hətta “İstiqlaliyyət bəyannaməsi”  imzalananda da onların rolu olub. Onlar bu gün də Amerikada milli azlıq hesab olunmur”.

Deputat bildirib ki, təkcə, yəhudilər deyil, digər millətlər də var ki, bu cür tanınır.

 

“Yəhudilərdən sonra anqlo-sakslar da dünya siyasətinə təsir etməyə çalışır. Hətta siyahıda yunanlar, italyalılar, almanlar ermənilər var. Ermənilərin vahid dövləti olmadığından onlar Ermənistan tarixini yox, erməni tarixini öyrənirlər. Erməni harada olsa, öz millətini düşünür. Dünyanın hər yerində ermənilər üçün onlarla marafon keçirilir, xeyriyyə pulu yığırlar. Erməni harada olur-olsun, erməniliyini inkar etməz”.

Deputatın sözlərinə görə, azərbaycanlıların həm yəhudilərdən, həm də ermənilərdən öyrənməli nümunələr var.

 

“Bizdə məsələ bir qədər fərqlidir. 10 nəfər azərbaycanlı bir rusla bir yerdə olanda rus dilində danışır. Fərqinə varmadan, milliliyimizə xələl gətirmişik. Təəssüflə bir məqamı da qeyd edəcəyəm. Sovet dövründə də, müstəqillik illərində də şahidi olmuşam ki, azərbaycanlılar, azərbaycanlı olduğundan utanıblar. Təsəvvür edin, dünyanın ən böyük qumarxanası Las-Veqasdadır. Onu yaradanlardan biri ermənidir. Öləndə vəsiyyət edib ki, var-dövlətimi ermənilərə verin. Nəzarət edin ki, bunu dövlət mənimsəməsin”.

Bizim milyarderlərimiz isə 100 manatından belə keçmir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı milyarderləri hansısa azərbaycanlının necə yaşaması barədə maraqlanmır. Ona  görə də yəhudilərdən, ermənilərdən nümunə götürmək olar”.

Tahir Kərimli, azərbaycanlı kimi təqdim olunmağımızın qüsurlarından da söz açıb. “Bir məsələ də var. Hər bir xalq öz adı ilə tanınır. Erməni, çeçen, yəhudi və sairə. Biz isə azərbaycanlılar, azərbaycanlı kimi tanınırıq. Bu da bizim milləti parçalayır. Farslar, ermənilər bizə türk, Osmanlı türkləri azəri, gürcülər tatar, ləzgilər, avarlar moğul deyir. Hərə bir adla çağırır bizi. Bir millətin başında bir ad olar. Bizim isə milli atributumuz yoxdur”.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir