Modern.az

Gül və Ərdoğan Ərbakanla vida mərasimində basabasa düşüblər

Gül və Ərdoğan Ərbakanla vida mərasimində basabasa düşüblər

1 Mart 2011, 18:27


Ankarada vəfat edən keçmiş baş nazir, Səadət Partiyasının sədri Nəcməddin Ərbakan üçün Fatih məscidində cənazə mərasimi təşkil edilib. Dövlət mərasimi istəməyən Ərbakan Fatih məscidində mərasim təşkil edilməsini və Mərkəz Əfəndi Qəbirstanlığında arvadının yanında dəfn edilməyi vəsiyyət edibmiş.

Ərbakan üçün Fatih məscidində günorta saatlarında cənazə namazı qılınıb. Namazdan sonra Diyanət İşləri başçısı Mehmed Görməz və Ərbakanın oğlu Fatih Ərbakan danışıblar.

Nəcməddin Ərbakanın əllər üzərində daşınan cənazəsində prezident Abdulla Gül, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahin, baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Fatih məscidindəki cənazə mərasimində sıxlıq yaşanıb. Prezident Abdulla Gül, TBMM sədri Mehmet Əli Şahin və baş nazir Rəcəb Tayyib Ərdoğan çətin anlar yaşayıb. Cangüdənlər Gül və Ərdoğana dəhliz açmaq üçün böyük səy sərf ediblər. Verilən anonsların da köməyilə sonunda Gül, Ərdoğan və Şahin ön sıralara keçə biliblər.

Mərasimin dəvam etdiyi bölgədə uçan polis vertolyotundan verilən məlumatlara görə, 65 min insanın olduğu kütləyə hələ də qoşulanlar var.

İstanbul Polis İdarəsi tərəfindən cənazə mərasiminə qoşulan nöqtələrdən axtarış əməliyyatları üçün 10 min polis iş başında olub.

Mərasimdən sonra Ərbakanın cənazəsi Mərkəz Əfəndi Qəbirstanlığına basdırılmaq üçün yola salınıb. Minlərcə insan cənazə maşının arxasınca 4 kilometr məsafədə qəbirstanlığa doğru piyada gediblər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!