Modern.az

Korrupsiya ilə mübarizə çərçivəsində yeni sayt yaradılıb

Korrupsiya ilə mübarizə çərçivəsində yeni sayt yaradılıb

Təhsil

1 Mart 2011, 18:48

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə yeni internet portal - etika.az saytı yaradılıb. Modern.az xəbər verir ki, komissiyadan AzərTAc-a verilən məlumata görə, etika.az portalı dövlət orqanları və vətəndaşlar arasında münasibətlərin etik davranış qaydalarına uyğun həyata keçirilməsini təşviq etmək məqsədi ilə yaradılıb. 
İnternet portalı dövlət qurumlarının nümayəndələrinin və vətəndaşların münasibətlərinin etik davranışları çərçivəsində tənzimlənməsinə dəstək verəcək, maarifçilik və məlumatlandırma funksiyasını həyata keçirəcək. Bu sahədə ilk informasiya mənbəyi olan saytda etik davranış qaydaları ilə bağlı bütün normativ hüquqi aktlar və beynəlxalq təcrübə barədə məlumatlar yerləşdirilib. Eyni zamanda saytda etik davranış qaydalarına uyğun olaraq müvafiq testlər təşkil edilib. Testlər vasitəsilə hər bir dövlət orqanının nümayəndəsi bu sahədə biliklərini təkmilləşdirmək imkanına malik olacaq.

Vətəndaşların dövlət orqanlarına müraciət etməsini təkmilləşdirmək məqsədi ilə etika.az saytında, həmçinin dövlət orqanlarının saytlarına keçidlər, onların əlaqə ünvanları, telefonları və elektron poçtları barədə məlumatlar yerləşdirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır