Modern.az

Ombudsmana daxil olan şikayətlərin 275-si səhiyyə ilə bağlı olub

Ombudsmana daxil olan şikayətlərin 275-si səhiyyə ilə bağlı olub

1 Mart 2011, 19:06

Modern.az saytının verdiyi məlumata görə, Ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi geniş hesabatda qeyd olunub ki, sağlamlığın qorunması hüququ ilə bağlı 2010-cu ildə ona 275 müraciət daxil olub və bu müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb, vətəndaşlara lazımı köməklik göstərilib.

Ombudsmanın hesabatına bildirilib ki, Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər vəzifəli işçisi tutduğu vəzifədən azad edilib, 54 nəfər məsul işçi bərəsində isə intizam tənbehi tətbiq edilib.

Müvəkikil qeyd edilənlərə diqqət yönəldərək həm Bakı şəhərində, həm də respublikanın şəhər və rayonalarında fəaliyyət göstərən səhiyyə orqanlarının işinə nəzərətin gücləndirilməsini, tibbi xidmətlərin keyfiyyələrinin artırılmasını, nəzərdə tutulmayan pullu xidmətlərin qarşısının alınmasını zəruri hesab edir.

Həmçinin qeyd edlib ki, əhalinin sağlamlığının qorunması hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər aztəminatlı təbəqələrin habelə xüsusi qayğıya ehtiyacı zümrələrə aid oln vətəndaşların dövlət hesabına ixtisaslaşdırılmış tibbi yardımla əhatə edilməsinə, əhalinin sağlamlığının qorunması sahəsində zəruri profilaktik tədbirlərin həyata keçirilməsinə böyük imkanlar yaradıb.

Milli Məclis Ombudsmanın hesabatını martın 4-də müzakirə edəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır