Modern.az

Ukraynada Azırbaycan dilində qəzet çıxacaq

Ukraynada Azırbaycan dilində qəzet çıxacaq

Media

2 Mart 2011, 11:07

Novruz bayramı ərəfəsində Ukraynada Azərbaycan dilində “Azərbaycanın sözü” qəzetinin ilk sayı işıq üzü görəcək. Qəzetin təsisçisi Ukraynada fəaliyyət göstərən “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatıdır.
Təşkilatın rəhbəri Hikmət Cavadov bildirib ki, “Azərbaycanın sözü” azərbaycanşılıq və dövlətçilik prinsiplərinə xidmət edəcək. Qəzet Azərbaycanın tarixi, milli mənəvi dəyərləri, mədəniyyəti, adət-ənənələri mövzularına daha çox üstünlük verəcək. Oxucular həmçinin Azərbaycanın tarixi şəxsiyyətləri, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri ilə də qəzet vasitəsi ilə yaxından tanış olacaqlar. Ermənistanın Azərbaycana qarşı əsrlər boyu yeritdiyi xəyanətkar siyasət və Qarabağ mövzusu xüsusi rubrika ilə qəzetdə öz əksini tapacaq.
“Əsas məqsədlərimizdən biri Azərbaycanın hüdudlarından kənarda dilimizi, mədəniyyətimizi, tariximizi qoruyub yaşatmaqdır. Bunlarla yanaşı “Azərbaycanın sözü” dost ukrayna xalqının həyatından da bəhs edən materialları da azərbaycanlı oxuculara təqdim edəcəkdir”.
Hikmət Cavadov qeyd edib ki, doğma dilimizdə olan qəzetin Novruz ərərfəsində işıq üzü görməyi təsadüfi deyil. Bu, Ukraynada yaşayan yüz minlərlə azərbaycanlı üşün Hovruz töhfəsidir. “Azərbaycanın sözü” qəzetinin şef redaktoru Hikmət Cavadov, baş redaktoru isə Azər Qardaşlıdır.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi