Modern.az

Seçiciləri deputata təşəkkür edib (FOTOLAR)

Seçiciləri deputata təşəkkür edib (FOTOLAR)

2 Mart 2011, 11:14

52 saylı Quba seçki dairəsindən millət vəkili seçilmiş Vahid Əhmədov Quba şəhərində yerləşən ofisində vətəndaşları qəbul edib.

Davamlı olaraq təşkil edilən belə qəbul zamanı millət vəkili vətəndaşların şikayətlərini dinləyir, aidyyatı məsələlər barədə onlara məsləhət verir, müəyyən qurumlara şikayətlərlə bağlı sorğular göndərir.

Deputatın köməkçisi Arif Orucovun Modern.az-a verdiyi məlumata görə, martın 1-də keçirilən qəbulda Qubadan, eləcə də Xaçmaz şəhərindən olan ümumilikdə 32 vətəndaş iştirak edib.

Müraciətlər əsasən iş tapılmasında köməklik, sosial yardımların verilməsində, mülkiyyət hüqüuqularının təsbitlənməsində mövcud olan problemlərdən olub.

Qəbulun ən maraqlı cəhəti isə Quba şəhərinin Gənclər küçəsindən olan sakinlərin millət vəkilinə müraciəti idi. Qeyd olunan küçənini sakinləri adından Qulam Ramazanov millət vəkilinə yaşçadıqları küçəyə içməli suyun çəkilişində və elektrik tranformatorunun qoyulmasında göstərdiyi köməkliyə görə təşəkkür edib. Q.Ramazanov deyib ki, məhz Vahid Əhmədova müraciətdən sonra onların qeyd olunan problemləri öz həllini tapıb.
Qəbuldan yerli “Qütb” televizyası da xəbər sujeti hazırlayıb.

 

 

 

 

 

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI