Modern.az

Orta məktəbdə xadiməni öldürüblər

Orta məktəbdə xadiməni öldürüblər

2 Mart 2011, 13:54

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 1-də saat 09.15 radələrində Qəbələ rayonundakı 2 №-li orta məktəbdə xadimə işləyən rayon sakini Bəsti Yusifovanın ov tüfəngindən açılmış atəşdən qətlə yetirilmiş meyiti tapılıb. Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Savalan kənd sakini, B.Yusifovanın keçmiş əri Mehman Bəkirov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Qəbələ RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir