Arxiv
15 Noyabr 2016, 12:10 | TƏHSİL
100 məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılacaq

Layihəyə ilk olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Milli  Qəhrəmanları Tanıtma İctimai Birliyi və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Bakı şəhərindəki 100 nömrəli tam orta məktəbdə start verilib.

Modern.az xəbər verir ki, məktəblilərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin çağırışaqədərki hazırlığının yüksəldilməsi məqsədilə təşkil edilmiş “Milli Qəhrəmanlar” guşəsinin açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Binəqədi  Rayon İdarəsi,  Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Binəqədi rayonu şəhid ailələri və Qarabağ əlilləri təşkilatının nümayəndələri, habelə Binəqədi rayonunda yerləşən məktəblərin şagird və pedaqoji kollektivləri iştirak ediblər.

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Zabit Quliyev, Qarabağ  müharibəsi veteranı Mürsəl Qurbanov çıxış edərək Milli Qəhrəmanlarımızın döyüş yollarından bəhs edib, gənclərə  tövsiyələrini veriblər.

Tədbirdə şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirib və maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı  tərəfindən məktəbin pedaqoji kollektivi və şagirdləri Fərxri fərmanlar, Qarabağ  müharibəsi veteranı Mürsəl Qurbanov isə “General Əliağa Şıxlınski” yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş Vətən övladları haqqında  məktəblilərdə  daha geniş təəssürat yaratmaq  məqsədilə  Azərbaycan Respublikası  Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşəbbüsü ilə 100 məktəbdə “Milli Qəhrəmanlar” guşəsinin yaradılması nəzərdə tutulub.    

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18 Heydər Əliyevin tarixi çıxışı: “Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”  12 Dekabr 2019, 15:17 Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq 12 Dekabr 2019, 15:12 Heydər Əliyevin abidəsi önündə düşüncələr - Abbas Əliyev YAZIR 12 Dekabr 2019, 14:58 Tarix İnstitutu Heydər Əliyev İnstitutunun yaradılması ideyasını DƏSTƏKLƏDİ 12 Dekabr 2019, 14:53