Modern.az

Fazil Mustafa Beynəlxalq Mehmet Akif Simpoziumunda çıxış edəcək

Fazil Mustafa Beynəlxalq Mehmet Akif Simpoziumunda çıxış edəcək

2 Mart 2011, 15:31

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa mart 11-13-də Türkiyənin Balıkəsir şəhərində keçiriləcək Beynəlxalq Mehmet Akif Simpoziumunda iştirak edəcək.

BQP mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Fazil Mustafa tədbirdə “21-ci yüzilin əvvəlində Mehmet Akif və Azərbaycan aydınları arasında ideya bağları” mövzusunda məruzə ilə çıxış edəcək. Tədbir çərçivəsində onun Türkiyənin tanınmış ictimai-siyasi xadimləri və ayrı-ayrı türk aydınları ilə də görüşləri gözlənilir.

Beynəlxalq Mehmet Akif Simpoziumunun ilk tədbiri ötən ilin noyabr ayında Misirin paytaxtı Qahirədə keçirilib. Orada Fazil Mustafanın özü iştirak edə bilməsə də, göndərdiyi “Mehmet Akifin Azərbaycan ədəbiyyatına təsirləri” mövzusunda məruzəsi yüksək qiymətləndirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?