Modern.az

“Xəzər” TV “Aramızda qalsın” serialı barədə yeni açıqlama yayıb

“Xəzər” TV “Aramızda qalsın” serialı barədə yeni açıqlama yayıb

2 Mart 2011, 15:54

“Xəzər” TV-də yayımlanan “Aramızda qalsın” serialı ilə bağlı qalmaqal yaranıb.  Belə ki, Türkiyənin ATV televiziyasında yayımlanan məşhur “Çocuklar duymasın” serialının prodüseri və ssenaristi Birol Güvən “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. O, bəyan edib ki, “Aramızda qalsın”  türklərin populyar “Cocuqlar duymasın” serialının təqlididir.
Türkiyəli ssenarist “Aramızda qalsın” serialının bir bölümünü özünün “Twitter” səhifəsinə yerləşdirib və aşağıdakı sözləri yazıb: “Azərbaycanda “Çocuklar duymasın” serialını yenidən çəkiblər. Həm də icazə almadan. Adını da “Aramızda qalsın” qoyublar. “Çocuklar duymasın” azəri aktyorların ifasında izləmək xoşuma gəldi, amma vəkillərimiz bəyənmədilər. Odur ki, onlar lazım olan  addımları atacaqlar”.

“Xəzər” TV isə bu gün yeni açıqlama ilə çıxış edib. TV-nin açıqlamasında bildirilib ki, “Aramızda qalsın” serialının məzmunu və cərəyan edən hadisələr Azərbaycanın adət-ənənə və millli-mənəvi dəyərlərinə uyğun mövzulardır.
““Aramızda Qalsın” serialı Xəzər TV-nin öz studiyalarında maddi-mənəvi əmək sərf edilərək yaradılıb və Azərbaycan tamaşaçısının maraqları nəzərə alınaraq hazırlanır. Serialın ssenarisi, musiqisi, aktyorluq və digər yaradıcılıq məsələləri, habelə bununla bağlı hüquqi məsələlər Azərbaycan respublikasının qanunvericiliyi çərçivəsində həll edilib  və həyata keçirilir.
Onu da qeyd etmək istərdik ki, “Xəzər" TV üç ildən artıqdır ki, öz fəaliyyətini uğurla davam etdirir. Bu üç illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələri  müəlliflik lisenziyası əsasında yayımlayıb və gələcəkdə də bu mövqeyimizi davam etdirmə niyyətindəyik” - deyə açıqlamada bildirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi