Modern.az

Elmar Vəliyevin ayağı Gəncəyə düşərli olub

Elmar Vəliyevin ayağı Gəncəyə düşərli olub

2 Mart 2011, 16:03


Gəncə şəhər İcra Hakimiyyətinin başcısı vəzifəsinə təyin olunan Elmar Vəliyevin ayağı deyəsən düşərli oluv. Nəhayət ki, Gəncədə sərnişinlərin xidmətində olan iri nəqliyyat vasitələrinin dəyişdirilməsinə başlanılıb. İllərdir köhnə, sınıq-salxaq avtobuslarla mənzil başına çatmaq məcburiyyətində qalan sərnişinlərin gec də olsa istəkləri reallaşıb.
Modern.az-ın məlumatına görə, 1 saylı Regional Nəqliyyat Departamenti ilə “Azəravtonəqliyyat” ASC-nin arasında 1 aydan artıqdır aparılan danışıqlar öz nəticəsini veirb. Bu gündən etibarən 4 saylı marşrutla hərəkət edən “PAZ” markalı iri tutumlu nəqliyyat vasitələri 22 yerlik olan “İsuzu” markalı avtobuslarla əvəzlənib.
Digər marşrutlardakı istismar müddəti çoxdan bitmiş avtobusların nə vaxt dəyişdiriləcəyinə gəlincə, nə 1 saylı Regional Nəqliyyat Departamentindən,  nə də “Azəravtonəqliyyat” ASC-dən cavab ala bildik. Amma tək onu öyrənə bildik ki, hazırda 4 saylı marşrut üzrə “İsuzu” markalı avtobusların yalnız 18-i istismara verilib. Halbuki, belə avtobuslardan şəhərə 25-i gətirilib.
Qeyd edək ki, normadan artıq xaric etdiyi tüstü ilə Gəncənin ekoloji tarazlığına illərdir xələl gətirən və xidməti ilə sərnişinlərin narazılığına səbəb olan “PAZ” və “LAZ”avtobuslarə tezliklə dəyişdirilərsə, sərnişinlərə göstərilən xidmətin səviyyəsi də yüksələr.

Xaliq Qurbanov
Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar