Modern.az

Azərbaycanda TƏZAD: Niyə Məhərrəmlikdə sevinir, matəm ayı çıxanda qəmlənirlər?..

Azərbaycanda TƏZAD: Niyə Məhərrəmlikdə sevinir, matəm ayı çıxanda qəmlənirlər?..

Hadisə

16 Noyabr 2016, 13:06

Son zamanlar insanlarda belə bir tendensiya yaranıb: Məhərrəmlik ayı başlayan zaman hüznlü olmaq əvəzinə sevinirlər. Məhərrəmliyin bitməyinə az qalanda isə çöhrələrdəki sevinc əlamətləri itir, hüzn sezilməyə başlayır.
Müşahidələr görə, bu təzadlı vəziyyəti insanlara göndərilən toy dəvətnamələri yaradır.

Tanınmış hüquqşünas Aslan İsmayılov Modern.az-ın əməkdaşı ilə söhbətdə deyib ki, hazırki iqtisadi vəziyyət insanlarda toy-bayram etmək həvəsini öldürüb.

“Ölkə əhalisinin iqtisadi vəziyyətlə bağlı xeyli gündəlik problemi var. Hamı həmin problemlərin həll yollarını axtarmağa çalışır. Bəziləri gündəlik çörəkpulunu necə qazanacağı haqda düşünür. Hətta elə insanlar var ki, bank kreditini necə ödəmək, əllərindən alınan əmlakı necə geri qaytarmağın yollarını fikirləşirər. Ona görə də çox adam yeyib-içmək, şənlik, toy-bayram etmək halında deyil.
Məhərrəmlikdə toylara fasilə verilir deyə, hamı sevinir. Məhrrəmlik çıxanda isə toy dəvətnamələri gəlir, bu da əhval-ruhiyələri korlayır. Çünki gündəlik çörəkpulu haqda düşünən insanlar toya yazdıracağı pulu hardan tapacağını özünə dərd edir”.

 

Məşədi Dadaş məscidinin axundu hacı Şahin Həsənli deyir ki, toy-nişan mərasimləri Azərbaycan xalqının çoxəsrlik adət-ənənəsi olduğundan insanlar bu tədbirlərdə iştirakdan çəkinməməlidirlər. Sadəcə, həmin mərasimlərin keçirilməsində əndazələr aşılmamalı, böyük məbləğlərdə pul yazdırma kimi xoşagəlməz işlərə son qoyulmalı, yemək-içmək israfçılığı aradan qaldırılmalıdır. Yalnız onda toy dəvətnamələri alanlar ürək açıqlığı ilə sevinər, belə mərasimlərə qatılmağdan pərişan olmazlar.

 
Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı