Modern.az

Rusiya Qəbələ RLS-i modernləşdirməyə başlayıb

Rusiya Qəbələ RLS-i modernləşdirməyə başlayıb

Təhsil

2 Mart 2011, 16:51

Moskva 2012-ci ildə icarə müqaviləsi bitən RLS-dən deyəsən əl çəkmək istəmir


Rusiyanın Müdafiə Nazirliyi Qəbələ Radiolokasiya Stansiyasının (RLS) modernləşdirilməsinə başlayıb. Modern.az RRT-in “Vesti” xəbər buraxılışına istinadən bildirir ki, obyektin modernləşdirilməsinin bir neçə il ərzində aparılması planlaşdırırlır. Detallar gizli saxlanılır. “Burada çalışan zabitlər bir şeyi gizlətmirlər: RLS yenidən qurulduqdan sonra ekvatora qədər kəşfiyyat aparma imkanı olacaq”-deyə məluamtda deyilir.

“Bir müddət əvvəl texniki resursların artırılması üçün iş görülüb. Müəyən şərtlər və çox da böyük olmayan xərclər sayəsində biz Qəbələdə 10,15, 20 ildə bu rejimlə işləyə bilərik”-deyə Qəbələ RLS-in komandiri Viktor Timoşenko “Vesti”yə deyib.  

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı icarə müqaviləsinin müdəti 2012-ci ildə bitir. Bu müqavilənin uzadılması barədə heç bir məlumat yoxdur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü