Modern.az

Gəncədə daha bir vəzifəli şəxs işdən çıxarılıb

Gəncədə daha bir vəzifəli şəxs işdən çıxarılıb

Təhsil

2 Mart 2011, 17:24

Gəncənin baş memarı Məhəmməd İbrahimovun işdən çıxarıldığı barədə xəbəri Gəncə şəhər İcra Hakimiyyətindən rəsmən təsdiqləyiblər. İH-dən Modern.az saytının əməkdaşına bildirilib ki, hazırda baş memarın səlahiyyətlərini müavin Telman Məmmədov icra edir. Qeyd edək ki, Məhəmməd İbrahimovu bir neçə ay bundan əvvəl avtomobil vurub, onun səhhətində problemlər vardı.

Bununla yanaşı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımov da vəzifəsindən azad edilib. Onun öz ərizəsi ilə işdən çıxdığı bildirilib. Həmin vəzifəni müvəqqəti olaraq direktor müavini Hüriyyət İsmayılova icra edir. Qeyd edək ki, Asim Kazımov 11 ilə yaxın idi ki Mərkəzin direktoru vəzifəsində çalışırdı.

Xaliq Qurbanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!