Modern.az

Sevda Həsənova: “ANS-də heç vaxt “üç badam, bir qoz” verilişlər olmayıb”

Sevda Həsənova: “ANS-də heç vaxt “üç badam, bir qoz” verilişlər olmayıb”

2 Mart 2011, 17:36

“İslahatlara konseptual dəyişiklik demək olmaz, amma efirin bütün qrafik tərtibatı dəyişib. Ümumiyyətlə, biz televiziyada xəbər və analitik verilişlərin sayını artırırıq”.

Bunu anspress.com-a ANS televiziyasının baş direktoru Sevda Həsənova deyib. O, qeyd edib ki, əslində ANS əvvəlki qaydada işləyir:
“Biz həmişə xəbər telekanalı olmuşuq. Sadəcə daha artıq templə işləyirik. Bütün bu islahatlar - xəbər departamentindən tutmuş efir qrafikasına qədər, ANS Müstəqil Media və Yayım Şirkətinin prezidenti Vahid Mustafayevin şəxsən özünün nəzarəti altında aparılır. Məsələn, artıq hava proqnozunun formatını tamamilə dəyişmişik. Azərbaycanda hələ heç bir telekanalda belə hava proqnozu yoxdur”.
Baş direkto ANS-də “Salam Azərbaycan!” verilişinin görünməməsinə də münasibət bildirib: “Salam Azərbaycan” proqramını tamamilə dəyişmişik. Bu veriliş əvvəllər olduğu kimi sırf səhər xəbərlərindən ibarətdir. ANS həmişə xəbər kanalı kimi tanınıb. Bizim konsepsiyamızda elə bir dəyişiklik olmamışdı. Sadəcə bir-iki veriliş əlavə etmişdik. Yenə də sırf xəbər kanalı kimi işləyirik. Sadəcə, tamaşaçının gözünü oxşamaq üçün efiri gözəlləşdirməklə məşğuluq. Anonslar, bütün xəbərlərin pərdələri, başlıqları dəyişib. Yeni mövsümə qədər analitik verilişlərin sayını getdikcə daha çox artıracağıq”.
Xanım jurnalist deyib ki, ANS-də heç vaxt “üç badam, bir qoz” verilişlər olmayıb: “Bizim şou xarakterli proqramlarımız da həmişə düşündürücü, maarifləndirici olub. Gələn həftədən yeni dəyişikliklər gözlənilir.
Dəyişikliklər birbaşa yubileylə bağlı deyil. Amma, belə deyək də, 20 yaşdan sonra insanın həyatında həmişə dəyişikliklər nəzərə çarpır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub